• Bakı 21° C

    4.32 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Azərbaycan vətəndaşı Almaniyada saxlanıldı

CƏMİYYƏT

08 Iyun 2023 | 14:16

Azərbaycan vətəndaşı Almaniyada saxlanıldı

Almaniyada qanunsuz yaşayanlara qarşı iyunun 7-dən başlayan polis əməliyyatı davam edir.

Bakıvaxtı.az xəbər verir ki, Şimali Reyn Vestfaliya əyalətinin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 800-dən çox insanı qaçaq yollarla ölkəyə gətirən şəbəkənin çökdürülməsi istiqamətində keçirilən əməliyyat uğurla davam etdirilir.

Nazirliyin məlumatında qeyd olunur ki, ötən gün başlayan və “Yolçu” adı verilən əməliyyat zamanı Azərbaycan Respublikası vətəndaşı olan 41 yaşlı şəxs saxlanılaraq, miqrasiya idarəsinə təhvil verilib. O, Almaniyaya qaçaq yollarla gəldikdən sonra Duysburq şəhərindəki tanışının evində qanunsuz şəkildə yaşayırmış.

Essen şəhərindəki əməliyyatda isə polis xüsusi əməliyyat qrupundan istifadə edib.

Nəticədə 20-yə yaxın Suriya vətəndaşı saxlanılaraq, müvafiq miqrasiya idarələrinə təhvil veriliblər. /Report


SON XƏBƏRLƏR

26 Aprel 2024