• Bakı 10° C

    14.61 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

Azərbaycan XİN-dən fransalı nazirə CAVAB

SİYASƏT

14 Aprel 2025 | 14:18

Azərbaycan XİN-dən fransalı nazirə CAVAB

Fransanın Ermənistana öldürücü silahlarla təchizat etməsi, eləcə də sülhə xidmət etməyən uzunmüddətli anti-Azərbaycan mövqeyi nazir Jan Noel Baronun regional gərginliklə bağlı narahatlığı ilə ziddiyyət təşkil edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə "X"də yazıb.

O bildirib ki, bu ikili yanaşma Fransanın riyakarlığını ifşa edir.

"Sülh müqaviləsinin layihəsi üzərində işin yekunlaşması mühüm inkişaf olsa da, sülh sazişinin imzalanması və davamlı sabitlik əsas məsələlərin, xüsusilə də Ermənistanın konstitusiyasında ərazi iddialarının həll edilməsini və Fransa da daxil olmaqla destabilləşdirici xarici müdaxilələrin dayandırılmasını tələb edir",-deyə XİN sözçüsü vurğulayıb.

A.Hacızadə onu da əlavə edib ki, insanlıq əleyhinə cinayətlərdə ittiham olunan şəxslər üçün məhkəmə proseslərinin qarşısının alınması təkcə daxili işlərə müdaxilə deyil, həm də belə cinayətlərə görə məsuliyyətə xələl gətirir.


SON XƏBƏRLƏR