• Bakı 21° C

    2.78 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Azərbaycan YUNESKO-nun şura üzvü seçildi

SİYASƏT

17 Noyabr 2021 | 20:38 | Müəllif: Subhan Mahmudov

Azərbaycan YUNESKO-nun şura üzvü seçildi

Azərbaycan YUNESKO Baş Konfransının 41-ci sessiyası çərçivəsində qurumun İcraiyyə Şurasına üzv seçilib.

Bakıvaxtı.az xəbər verir ki, sessiya çərçivəsində qurumun İcra Şurası üzvlüyünə seçkilər keçirilib.

Azərbaycan YUNESKO-nun ikinci seçki qrupundan qurumun İcraiyyə Şurası üzvlüyünə namizədliyini irəli sürüb.

YUNESKO Baş Konfransının 41-ci sessiyası çərçivəsində keçirilmiş seçkilərdə Azərbaycan səs çoxluğu ilə 2021-2025-ci illər üçün İcraiyyə Şurasına üzv seçilib.

Xatırladaq ki, Azərbaycan 2005-2009-cu illərdə də YUNESKO İcraiyyə Şurasının üzvü olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR