• Bakı 18° C

    7.15 m/s

Azərbaycana daha 5 minaaxtaran it gətirildi - FOTO

CƏMİYYƏT

24 Fevral 2023 | 11:31

Azərbaycana daha 5 minaaxtaran it gətirildi - FOTO

İşğaldan azad edilmiş ərazilən bərpası və keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən aparılan əməliyyatların genişləndirilməsi, maddi-texniki bazanın və potensialın artırılması istiqamətində işlər davam etdirilir.

ANAMA-dan Bakıvaxtı.az-a verilən xəbərə görə, Marşal İrsi İnstitutu (Marshall Legacy Institute, MLI) ilə ANAMA arasında imzalanmış Anlaşma Memorandumuna əsasən daha 5 baş Malinua cinsli minaaxtaran it (MAİ) Agentliyə təhvil verilib.

Xüsusi hazırlıq keçmiş minaaxtaran itlər öz bələdçiləri ilə uyğunlaşma təlimindən və Beynəlxalq Minatəmizləmə Standartlarına (İMAS) uyğun akkreditasiyadan keçirildikdən sonra Qarabağda minatəmizləmə əməliyyatlarına cəlb olunacaq.

Qeyd edilib ki, minaaxtaran itlərin mərhələli şəkildə ölkəyə gətirilməsi Silk Way West Airlines şirkəti tərəfindən təmənnasız olaraq həyata keçirilir.


Azərbaycana daha 5 minaaxtaran it gətirildi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR