• Bakı 20° C

    2.65 m/s

Azərbaycana soyuq hava kütlələri daxil olub

CƏMİYYƏT

26 Mart 2026 | 15:34 | Müəllif: Əli Hüseynov

Azərbaycana soyuq hava kütlələri daxil olub

Soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraitinin dəyişəcəyi gözlənilir.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

    O bildirib ki, kəskin hava şəraiti Bakıda və Abşeron yarımadasında martın 27-dən 29-dək, rayonlarda isə 30-dək davam edəcək.

    “Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında, xüsusilə Quba-Qusar, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur bölgələri ərazisindən axan çaylarda qısamüddətli daşqın və sel hadisələrinin baş verəcəyi ehtimal olunur”, - Gülşad Məmmədova bildirib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    21 Oktyabr 2026