• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Zaqatalada baş verən dəhşətli qətlin bəzi təfərrüatları məlum olub - YENİLƏNİB

HADİSƏ

28 May 2024 | 09:51

Zaqatalada baş verən dəhşətli qətlin bəzi təfərrüatları məlum olub - YENİLƏNİB

Zaqatalada baş verən dəhşətli qətlin bəzi təfərrüatları məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, ilkin araşdırma zamanı məlum olub ki, hadisə Natavan Əhmədovanın ata yurdunda baş verib.

Belə ki, həmin gün bacı-qardaş və yaxın qohumlar mərhumun atası Mövlud kişinin il mərasiminə toplaşıblar. Mərasimda hələki məlum olmayan səbəbdən 35 yaşlı Nurlan Mövlud oğlu Əsgərov bacısı 44 yaşlı Natavan Əhmədovaya odlu silahdan atəş açıb. Hadəsə zamanı ağır bədən xəsarətləri alan Natavan Əhmədova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılakən yolda dünyasını dəyişib.APA

    ***

    09:01

    Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə Zaqatala Rayon Prokurorluğu məlumat yayıb.

      Bilirilib ki, mayın 27-də saat 22 radələrində Zaqatala rayonu,Yuxarı Tala kəndi ərazisində 1980-ci il təvəllüdlü Nətəvan Əhmədovanın odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

      Araşdırma zamanı 1989-cu il təvəllüdlü Nurlan Əsgərovun aralarında yaranmış mübahisə zamanı bacısı Nətəvan Əhmədovanı odlu silahdan atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

      Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Nurlan Əsgərov iş üzrə şübhəli şəxs qismində tutulub.

      ***

      27.05.2024

      23:55

      Zaqatalada qardaş 44 yaşlı bacısını odlu silahla qətlə yetirib.

      Bakıvaxtı.az bildirir ki, hadisə rayonun Yuxarı Tala kəndində baş verib. İlkin məlumata görə, kənd sakini 1980-cı il təvəllüdlü N.Əhmədova odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib.

      Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Zaqatala Rayon Şöbəsinə təhvil verilib.

      DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən N.Əhmədovanın qardaşı, 1989-cu il təvəllüdlü N.Əsgərov saxlanılıb.

      Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır./apa

       


      SON XƏBƏRLƏR

      26 Iyul 2024