• Bakı 20° C

    5.68 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Azərbaycanda bağ evlərinin kirayəsi bahalaşdı - VİDEO

CƏMİYYƏT

29 May 2023 | 15:04

Azərbaycanda bağ evlərinin kirayəsi bahalaşdı - VİDEO

Yay mövsümü ərəfəsində bağ evlərinin kirayəsində bahalaşma müşahidə edilir.

Bakıvaxtı.az xəbər verir ki, əmlak eksperti Mülkədar Rüstəmovun sözlərinə görə, ötən illə müqayisədə paytaxtın ətraf rayonlarında kirayə verilən bağ evlərinin qiymətində ciddi artım var.

Bu, əsasən dəniz mənzərəli və hovuzu olan mənzillərdə daha çox hiss olunur. Evlərin mart və aprel aylarından bron edilməsi də qiymətlərə təsirsiz ötüşmür.

Ekspert qeyd edib ki, Bakıdakı bağ evləri demək olar ki, aylıq istirahət üçün istifadə olunur.

Bu mövsüm bölgələrdə də kirayə mənzillərin qiymətində dəyişiklik qaçılmaz olacaq.

Mülkədar Rüstəmov deyir ki, rayonlara üz tutanlara əraziyə görə fərqli qiymətlər təklif oluna bilər.

“Bahalaşma günlük evlərdə daha çox hiss olunacaq”.

Ekspert əlavə edib ki, yay aylarında ölkəmizə gələn turistlərin sayının çoxluğu da qiymətlərə təsir edən amillərdən biridir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

/Xezexeber.az


SON XƏBƏRLƏR

25 Aprel 2024