• Bakı 19° C

    2.29 m/s

Azərbaycanda bu il hasil edilən kondensatın həcmi açıqlanıb

İQTİSADİYYAT

18 Iyul 2025 | 10:37 | Müəllif: Əli Hüseynov

Azərbaycanda bu il hasil edilən kondensatın həcmi açıqlanıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 2 486,9 min ton qaz kondensatı hasil edilib ki, bu da illik müqayisədə 8,8% azdır.

Dövlət Statistika Komitəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, hesabat dövründə Azərbaycanda istehsal edilən qaz kondensatının 2 482,57 tonu əmtəəlik məhsulun payına düşüb ki, bu da illik müqayisədə 8,8% azalma deməkdir.

    Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 5 292,34 min ton qaz kondensatı hasil edilib ki, bu da illik müqayisədə 1,7% çoxdur.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR