• Bakı 16° C

    1.16 m/s

  • USD - 1.7

    EUR - 1.9277

    RUB - 2.0509

Azərbaycanda iki siyasi partiya ləğvi edildi - YENİLƏNİB

SİYASƏT

06 Dekabr 2024 | 16:33

Azərbaycanda iki siyasi partiya ləğvi edildi - YENİLƏNİB

Ədliyyə Nazirliyinin Azad Demokratlar Partiyasının (AzDP) ləğv edilməsi üzrə müraciəti əsasında məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Nigar Nəbizadənin sədrliyi ilə keçirilən prosesdə müraciət təmin olunub. Partiyanın fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

    Qeyd edək ki, Azad Demokratlar Partiyası (AzDP) 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Partiyanın 5000 üzvü olmadığı üçün ötən il Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmayıb.

    Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərdir.

    ***

    12:15

    Ədliyyə Nazirliyinin Azadlıq Partiyasının ləğv edilməsi üzrə müraciəti əsasında məhkəmə prosesi keçirilib.

    Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Ceyhun Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

    Qərara əsasən, müraciət təmin olunub və partiyanın fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

    Qeyd edək ki, Azadlıq Partiyası 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Partiya ötən il Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmayıb.


    SON XƏBƏRLƏR