• Bakı 26° C

    13.06 m/s

  • USD - 1.7

    EUR - 1.9593

    RUB - 2.051

Azərbaycanda bu sahəyə 2 milyardan çox pul xərcləndi

CƏMİYYƏT

14 Avqust 2026 | 14:26

Azərbaycanda bu sahəyə 2 milyardan çox pul xərcləndi

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda informasiya və rabitə xidmətlərinin həcmi 2 378,6 milyon manat təşkil edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi real ifadədə 10,4 faiz artıb.

Hesabat dövründə proqram təminatının işlənməsi və bu sahədə məsləhət xidmətləri 34,8 faiz, internet xidmətləri 22 faiz, informasiya xidmətləri isə 13,2 faiz artıb.

Beləliklə, ilin ilk yeddi ayında informasiya və rabitə sektorunda artım dinamikası davam edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Avqust 2026