• Bakı 25° C

    8.02 m/s

  • USD - 1.7

    EUR - 1.986

    RUB - 2.0505

Azərbaycanda canlı yayımda söyüş söyən futbolçu HƏBS OLUNDU

CƏMİYYƏT

25 Avqust 2026 | 17:38

Azərbaycanda canlı yayımda söyüş söyən futbolçu HƏBS OLUNDU

Sosial şəbəkələrdə əxlaq normalarını pozan daha bir tiktoker həbs olunub.

Bakıvaxtı.az məlumat verir ki, Lent.az-ın xəbərinə görə, 31 yaşlı Əsgər Əsgərov (şərti adla) tiktok sosial şəbəkəsində özünə məxsus “aska_asgarov999” hesabında canlı yayım açaraq, nalayiq ifadələr işlədib. Bununla da o, ictimai mənəviyyatı təhqir və cəmiyyətə açıqca hörmətsizlik edən hərəkətlərə yol verib.

Faktla bağlı həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.

Futbolçu olan Əsgər Əsgərov ifadəsində bildirib ki, canlı yayım açdığı zaman bir nəfər onu təhqir etdiyi üçün, o da qarşılıq olaraq nalayiq ifadələr işlədib. Əsgərov əməlindən peşman olduğunu və ilk dəfədir ki, belə şey etdiyini deyərək, barəsində qanuni tədbir görülməsini istəyib.

Məhkəmənin qərarı ilə Ə. Əsgərov 20 gün müddətinə inzibati qaydada həbs edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR