• Bakı 25° C

    2.97 m/s

  • USD - 1.7

    EUR - 1.8262

    RUB - 0.0194

Azərbaycanda DƏHŞƏTLİ QƏZA - 1 nəfər ölüb, 3 uşaq... - YENİLƏNİB

HADİSƏ

01 Iyul 2024 | 16:47

Azərbaycanda DƏHŞƏTLİ QƏZA - 1 nəfər ölüb, 3 uşaq... - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ucar rayonunun Müsüslü kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Bakıvaxtı.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar.

    Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Kia” markalı minik avtomobili idarəetməni itirərək yol kənarına aşıb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

    Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    ***

    15:55

    Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

    Bakıvaxtı.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında Bakı-Qazax əsas magistral yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

    "KİA" markalı minik maşını idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb. Daha sonra yolun əks istiqamətinə keçərək aşıb. Nəticədə sürücünün həyat yoldaşı Rişarə Həsənova hadisə yerində həyatını itirib. R.Həsənovanın sıxılmış halda qalan meyitinin çıxarılması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Meyit maşından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Hadisə nəticəsində Şəmkir rayon sakinləri - 2017-ci il təvəllüdlü Ayxan Ravin oğlu Hüseynov, 2013-cü il təvəllüdlü Nuray Ravin qızı Hüseynli və 2015-ci il təvəllüdlü Aylin Ravin qızı Hüseynli ağır xəsarət alıblar.

    Xəsarət alan uşaqlar Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    Fakt araşdırılır.

    ***

    15.05

    Ucarda yol-nəqliyyat hadisəsi olub.
    APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün günorta saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. "KİA" markalı minik maşını idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb. Nəticədə bir nəfər hadisə yerində həyatını itirib, 2 nəfər isə ağır xəsarət alıb.

    Fakt araşdırılır.


    SON XƏBƏRLƏR

    03 Iyul 2024