• Bakı 20° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Azərbaycanda DƏHŞƏTLİ QƏZA - Yük maşınları toqquşdu, ÖLƏN VAR

HADİSƏ

29 Sentyabr 2022 | 10:42

Azərbaycanda DƏHŞƏTLİ QƏZA - Yük maşınları toqquşdu, ÖLƏN VAR

Sentyabrın 29-da səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

FHN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Qaradağ rayonu üzrə xilasedicilər qrupu dərhal hadisə yerinə cəlb edilib.


Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, "KamAZ" və "MAN" markalı yük avtomobillərinin toqquşması ilə baş verən yol-qəza hadisəsi nəticəsində "KamAZ" markalı yük avtomobilinin sərnişini, 1975-ci il təvəllüdlü Kadirov Zaur Şəmsəddin oğlu avtomobildə sıxılı vəziyyətdə qalaraq köməyə ehtiyacı yaranıb.

Xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə etməklə Z.Kadirovu deformasiyaya uğramış avtomobildən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


SON XƏBƏRLƏR

25 Aprel 2024