• Bakı 12° C

    6.72 m/s

  • USD - 1.7

    EUR - 1.8255

    RUB - 0.0174

Azərbaycanda əlil övladına təcavüz edən ata həbs edildi

HADİSƏ

12 Oktyabr 2024 | 10:58

Azərbaycanda əlil övladına təcavüz edən ata həbs edildi

Siyəzən rayonunda əlil övladına təcavüz etmiş şəxs həbs edilib.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, rayondakı qurumlardan birində fəhlə işləyən 1970-ci il təvəllüdlü Y.Feyziyev (soyadlar şərtidir) Cinayət Məcəlləsinin 149 və 150-ci (Zorlama və skesual xarakterli zorakılıq əməlləri) maddəsi ilə məsuliyyətə cəlb edilib.

Məlum olub ki, 54 yaşlı kişi 30 yanvar 2024-cü il tarixdə saat təxminən 15.00-16:00 radələrində birgə yaşadıqları ünvanda köməksiz vəziyyətdə olan,vyəni serebral iflic, lal və kar, əqli gerilik və s. xəstəliyi səbəbindən I qrup əlilliyi olan və özünü müdafiə etmək və müqavimət göstərmək imkanından məhrum qızına cinsi təcavüz edib. O, 2000-ci il təvəllüdlü yetkinlik yaşına çatmış doğma qızı bildiyi, lakin bioloji övladı olmadığı istintaqla müəyyən olunmuş Güləndamıın (şərti adlı) köməksiz vəziyyətdə olmasından istifadə edərək iyrənc hərəkətlər edib. Bu zaman qızın qışqırıq səslərinə onun anası gəlib və hadisə barədə polisə məlumat verib.

İstintaq prosesi zamanı əlil qızın atasının başqası olması da müəyyən edilib. Lakin baş verənlərədək Y.Feyziyev Gülbadamın dogma qızı sanırmış.

Sumqayıt Ağır Cinatyətlər Məhkəməsinin ötən həftə çıxardığı hökmlə Y.Feyziyev 7 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Kərim Abbaszadə


SON XƏBƏRLƏR

11 Noyabr 2024