• Bakı 18° C

    7.52 m/s

Ölən əsgər evin tək oğlu imiş - YENİLƏNİB

HADİSƏ

15 Oktyabr 2026 | 17:24 | Müəllif: Əli Hüseynov

Ölən əsgər evin tək oğlu imiş - YENİLƏNİB

Şəmkirdəki "N" saylı hərbi hissədə həlak olan əsgər Orxan Şabanov ailənin tək övladı imiş.

Bakıvaxtı.az xəbər verir ki, Oxu. az-ın əldə etdiyi məlumata görə, Orxan 1 il 3 ayın əsgəri olub və hərbi xidməti başa vurmasına 3 ay qalıbmış.

O bu ayın əvvəlində nümunəvi əsgər kimi hərbi hissə komandiri tərəfindən məzuniyyətə göndərilibmiş. Məzuniyyəti başa çatan Orxan yenidən hərbi hissəyə qayıdıb və xidmətini davam etdirməyə başlayıb. Oktyabrın 13-də Orxan hərbi hissədə aldığı güllə yarasından dünyasını dəyişib.

Məlumata görə, Orxan uşaq olanda atası ilə anası ayrılıblar və o, anasının himayəsində böyüyübmüş.

***

16:24

Azərbaycanda gənc əsgər vəfat edib.

Bakıvaxtı.az Oxu.az -a istinadla xəbər verir ki, gənc əsgər Orxan Şabanov hərbi xidmət dövründə naməlum səbəbdən həyatını itirib.

O, Teymur bəy Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin məzunudur.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR