• Bakı 24° C

    2.18 m/s

  • USD - 1.7

    EUR - 1.968

    RUB - 1.9551

Azərbaycanda estetik və plastik əməliyyatlar QADAĞA olunur? - AÇIQLAMA 

GÜNDƏM, CƏMİYYƏT

03 Sentyabr 2026 | 14:30

Azərbaycanda estetik və plastik əməliyyatlar QADAĞA olunur? - AÇIQLAMA

Son illər ölkəmizdə estetik və plastik əməliyyatlara maraq sürətlə artıb.

Lakin yayılan xəbərlərə görə, ölkədə tibbi sahədə həyata keçirilən sərt tənzimləmələr və islahatlar çərçivəsində ümumi cərrahların fəaliyyət dairəsinə ciddi məhdudiyyətlər gətirilib. Bundan sonra ümumi cərrahlar heç bir estetik və plastik əməliyyat həyata keçirə bilməyəcək və bu sahədə onların fəaliyyəti tamamilə qadağan olunacaq. 

İddiaya görə, bu qərar vətəndaşların sağlamlığının qorunması, tibbi xidmətlərin ixtisaslaşdırılması və sahələr üzrə peşəkar standartların dəqiq müəyyənləşdirilməsi məqsədi daşıyır. 

Maraqlıdır ki, Azərbaycanda estetik və plastik əməliyyatlara qadağa qoyulması mümkün ola bilərmi?

Tibb üzrə ekspert Rasif Bağırov mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, əslində bu cür qadağaların qoyulması düzgün deyil.

Onun sözlərinə görə, bu qadağann tətbiqi insan haqları nöqteyi-nəzərdən doğru olmaz:

"Dünyada elə bir ölkə yoxdur ki,  plastik və estetik əməliyyatların aparılmasına qadağa qoyulsun. Bunu hansısa bir ölkədə tətbiq eləmək bir qədər insan haqları nöqteyi-nəzərindən səhv addımdır. Əslində normal halda insan bədəninə hər hansı bir müdaxilə tibbi göstəriş tələb edir. Plastik əməliyyatı heç vaxt qadağan eləmək olmaz. Çünki plastik əməliyyat tibbi göstərişdir. Yəni, insanın hər hansısa travma nəticəsində bədəninin hansısa nahiyyəsində problem yaranıbsa, bu halda plastik əməliyyat edilir. Bu, kompleksi aradan qaldırmaq üçündür".

R. Bağırov vurğulayıb ki, estetik əməliyyat isə insanların özünün arzusu ilə həyata keçirilir. Pasiyent həkimdən xahiş edir, həkim isə peşəkar şəkildə həmin əməliyyatı  yerinə yetirə bilər. 

"Ümumilikdə ehtiyac olmadan insan orqanizminə müdaxilələrin olunması həm həkim, həm də pasiyent üçün gözlənilməz çox ağır nəticələrə səbəb ola bilər. Necə ki, burun əməliyyatından sonra ölüm halları olur və ya ağır qanaxmalar olur. Lakin bəzən doğrudan da insanın müəyyən əzası həddindən artıq elə bir formada olur ki, insan ömür boyu o komplekslə yaşamaq istəmir. Belə olan halda estetik əməliyyatın həyata keçirilməsi normaldır", - deyə müsahibimiz əlavə edib.

Ekspert onu da qeyd edib ki, estetik əməliyyatların aradan qaldırılması üçün hansısa bir qanunun qəbul olunması inandırıcı görünmür.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Sentyabr 2026