• Bakı C

    11.4 m/s

  • USD - 1.7

    EUR - 2.0092

    RUB - 2.2016

Azərbaycanda gizlənən Türkiyə vətəndaşı ölkəsinə ekstradisiya edildi

CƏMİYYƏT

27 Fevral 2026 | 12:30

Azərbaycanda gizlənən Türkiyə vətəndaşı ölkəsinə ekstradisiya edildi

Axtarışda olan Türkiyə vətəndaşı Azərbaycanda saxlanılaraq ölkəsinə ekstradisiya edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesabında məlumat verilib.

Məlumata görə, qırmızı bülletenlə və beynəlxalq səviyyədə axtarışda olan 41 nəfər xarici ölkələrdə ələ keçirilərək Türkiyəyə aparılıb.

Qeyd olunur ki, axtarışda olan şəxslərdən biri Azərbaycanda saxlanılıb.

Bundan başqa Gürcüstan (27 nəfər), Bolqarıstan (5), Almaniya (2), Albaniya, Belçika, İraq, Böyük Britaniya, Monteneqro və Sloveniyada yaxalanan Türkiyə vətəndaşları ölkələrinə ekstradisiya edilib.

Qeyd olunur ki, saxlanılan şəxslər xarici ölkələrə qaçaraq, ədalət mühakiməsindən yayınmağa çalışıblar.

"Müvafiq ölkələrin təhlükəsizlik qüvvələri ilə səmərəli əməkdaşlıq sayəsində ekstradisiyalar uğurla həyata keçirilib", - deyə xəbərdə bildirilib./Oxu.Az
 


SON XƏBƏRLƏR

26 Fevral 2026