• Bakı 30° C

    3.19 m/s

  • USD - 1.7

    EUR - 1.9879

    RUB - 2.1122

Azərbaycanda gömrük nəzarətindən gizlədilən qızıl külçələr aşkarlanıb

HADİSƏ

03 Sentyabr 2025 | 10:41

Azərbaycanda gömrük nəzarətindən gizlədilən qızıl külçələr aşkarlanıb

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi gömrük nəzarət tədbirləri nəticəsində qızıl külçələrin qanunsuz şəkildə gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb. 

Bakıvaxtı.az Komitəyə istinadən xəbər verir ki, Dubay-Bakı aviareysi ilə gələn ölkə vətəndaşı şəxsi yoxlamaya cəlb olunub və onun üzərindən gömrük nəzarətindən gizlədilən ümumi çəkisi 712 qram olan 10 ədəd "Pamp" markalı qızıl külçə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

02 Sentyabr 2025