Qardaş Türkiyədə Balıkesirdə baş verən zəlzələnin Azərbaycana hər hansı təsiri yoxdu. Balıkesirdə bu ilin avqust ayında da zəlzələ olmuşdu. Həmin ərazi Türkiyənin seysmik baxımdan aktiv bölgələrindən biridi.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron Xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı məlumat verib.
O qeyd edib ki, bu saata qədər Azərbaycan ərazisində hər hansı ml>3 dən zəlzələ qeydə alınmayıb:
"Qaldı ki, Azərbaycandakı vəziyyətə bildirmək istəyirəm ki, bizim ərazimiz də aktiv bölgədir. Vaxtaşırı bizim ərazilərimizdə də maqnutudası 3 və 3-dən yuxarı olan zəlzələlər qeydə alınır. Lakin zəlzələnin dəqiq proqnozu olmadığına görə heç kim zəlzələ olacaq yaxud olmayacaq kimi hər hansı proqnoz verə bilməz. Bu saata qədər Azərbaycan ərazisində hər hansı ml>3 dən zəlzələ qeydə alınmayıb və qardaş ölkədə baş verən zəlzələnin də bizim ərazimizə hər hansı təsiri yoxdu".
"Bizim vətəndaşlarımız isə hansısa "ekspertlərin" verdiyi "proqnozlara" inanmasınlar. Adətən qardaş ölkədə və ya Azərbaycana yaxın hansısa ölkədə zəlzələ olanda "ekspertlər" sosial şəbəkələrdə Azərbaycanla bağlı hansısa "proqnozlar" verirlər. Bir daha demək istəyirəm ki, bu proqnozların heç bir elmi əsası yoxdu. Çünki dünyada zəlzələnin dəqiq proqnozu yoxdur",- deyə şöbə müdiri əlavə edib.
Bakı 


