• Bakı 26° C

    5.37 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

Azərbaycanda GÜCLÜ ZƏLZƏLƏ GÖZLƏNİLİR? - RƏSMİ AÇIQLAMA 

CƏMİYYƏT

17 Avqust 2026 | 11:57

Azərbaycanda GÜCLÜ ZƏLZƏLƏ GÖZLƏNİLİR? - RƏSMİ AÇIQLAMA 

“Azərbaycan Cənubi Qafqaz regionu seysmik baxımdan aktiv bölgədir. Seysmik bölgələr üçün vaxtaşırı zəif hiss olunan zəlzələlərin baş verməsi mümkündür”.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Elektron xidmətlər, İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüsalə Rafiqqızı bunu ölkəmizdəki seysmik durumu Bakıvaxtı.az-a dəyərləndirərkən bildirib.

O qeyd edib ki, Azərbaycanda hər gün hiss olunmayan zəlzələlər baş verir: 

“Bu zəlzələlərin təsiri çox zəif olur və yer səthinə gəlib çatmır. Bu Yerin təkində gedən seysmo tektonik və geodinamik dəyişikliklərlə bağlıdır”.

Son günlər bəzi dünya ölkələrində baş verən güclü zəlzələlərə diqqət çəkən qurum rəsmisi diqqətə çatdırıb ki, həmin zəlzələlərin Azərbaycandakı zəlzələ ocaqları ilə hər hansı əlaqəsi yoxdur:

“Yəni ordakı zəlzələlərin bizim ərazilərə bu və ya digər şəkildə təsiri müşahidə olunmur. Ümumiyyətlə, dünya əhalisinin məskunlaşmasının 90%-i seysmik zonalardadır. Bunun da səbəbi həmin ərazilərdə yaşamaq üçün əlverişli həyat şərtlərinin olmasıdır”.

Vüsalə Rafiqqızı: Azərbaycanda hər gün hiss olunmayan zəlzələlər baş verir

Azərbaycanda dağıdıcı zəlzələ ehtimalına gəlincə, V.Rafiqqızı vurğulayıb ki, zəlzələnin dəqiq proqnozu yoxdur:

“Mərkəzimiz tərəfindən kompleks seysmoloji-geofiziki və geodinamik tədqiqatlar həyata keçirilir. Bu saata qədər aparılan monitorinqə görə hər hansı narahatlıq yoxdur. Xırda, hiss olunmayan, zəif hiss olunan və hiss olunan zəlzələlər isə həmişə olur və maqnitudası zəif olan zəlzələlər seysmik bölgələr üçün mümkündür. Respublika ərazisində qeydə alınan maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər barədə ictimaiyyət RSXM-nin rəsmi saytı və sosial şəbəkə hesabları vasitəsi ilə müntəzəm məlumatlandırılır”.

Şöbə müdiri diqqətə çatdırıb ki, Cənubi Qafqaz bölgəsində ərazinin geoloji quruluşuna görə həmsərhəd zonalar istisna olmaqla, hansısa Cənubi Qafqaz ölkəsində qeydə alınan zəlzələnin ölkəmizə təsiri yoxdur:    

“Təbii ki, həmsərhəd bölgələrdəki zəlzələ ocaqları qonşu ölkələrdə hiss oluna bilər. Məsələn, bu yaxınlarda Azərbaycan-Ermənistan sərhəddində zəlzələ qeydə alınmışdı. Maqnitudası 3 və 3.5 və bundan aşağı olan zəlzələlər adətən hiss olunmur. Maqnitudası yuxarı olan zəlzələlər xırda və zəif formada hiss oluna bilir”. 

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Avqust 2026