• Bakı C

    12.34 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 1.9776

Azərbaycanda I rübdə dövlət qurumlarının adına bənzəyən 5 domen bloklanıb

CƏMİYYƏT

04 Aprel 2025 | 14:04

Azərbaycanda I rübdə dövlət qurumlarının adına bənzəyən 5 domen bloklanıb

Bu ilin I rübündə Azərbaycanda dövlət qurumlarının adına bənzər 5 saxta domen bloklanıb.

Bakıvaxtı.az-ın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37 % azdır.

Yanvar-mart aylarında ölkədə 9 yeni domen dövlət qurumlarının istifadəsinə verilib. Bu isə 1 il əvvələ nisbətən 47 % azdır.

Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 51 yeni subdomen verilib ki, bu da illik müqayisədə 35 % azdır.

Xatırladaq ki, 2024-cü ildə dövlət qurumları 64 yeni domen və 367 yeni subdomen alıb. Hesabat dövründə 100 saxta domen aşkarlanaraq bloklanıb.


SON XƏBƏRLƏR

10 Aprel 2025