Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bir sıra dövlət qurumları ilə birlikdə Azərbaycanda ilk dəfə İnformasiya Təhlükəsizliyi Riskləri Reyestri ilə bağlı qayda üzərində işləyir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov təmsil etdiyi qurumun Bakıda keçirdiyi “Dövlət Qurumları IT Rəhbərlərinin V Zirvə Toplantısı”nda bildirib.
"Bu qayda ilə paralel olaraq, "Mitri Atack" platformasına bənzər təhdidlər və həllər kataloqu yaradılacaq. Bu kataloqda bütün mümkün risklər və onların həlli yollarından bəhs edən Azərbaycan dilli platforma olacaq. Bu platformadan mövcud risklərlə mübarizədə faydalana biləcəyik",- deyə o qeyd edib.