• Bakı 16° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

İti avtomobilin arxasına bağlayaraq sürüyən şəxs məsuliyyətə cəlb olundu - YENİLƏNİB

CƏMİYYƏT

22 Mart 2023 | 16:16

İti avtomobilin arxasına bağlayaraq sürüyən şəxs məsuliyyətə cəlb olundu - YENİLƏNİB

İti avtomobilin arxasına bağlayaraq sürüyüblər.

Bakıvaxtı.az xəbər verir ki, bunu əks etdirən görüntülər Gəncə-Şəmkir yolunda çəkilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov  bildirib ki, sosial şəbəkələrdə iti avtomobilin arxasına bağalayaraq sürüyən şəxsin kimliyi müəyyən olunub: 

“Onun Kəlbəcər rayon sakini Radil Orucov olması müəyyən edilib. Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində sürücünün yeri müəyyən edilərək polis şöbəsinə dəvət olunub. R. Orucovla profilaktiki söhbət aparılıb və inzibati məsuliyyətə cəlb edilib”. 

 

15:16

“Hazırda həmin avtomobilin sürücüsünün müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Gəncə-Şəmkir yolunda qeydə alınmış insanlığa sığmayan görüntülər barədə sorğusuna cavab olaraq bildirib.

“Görüntülərlə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

 

13:18

Bu gün insanlığa sığmayan görüntülər sosial şəbəkələrdə yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, göndərilən video Gəncə-Şəmkir yolunda çəkilib.

Videodan da göründüyü kimi iti avtomobilin arxasına bağlayıblar və sürüyürlər.

Həmin görüntüləri təqdim edirik:

/Baku.ws


SON XƏBƏRLƏR

26 Aprel 2024