• Bakı 32° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.9636

    RUB - 2.0923

Azərbaycanda istilik qiymətləri ilə bağlı YENİ QƏRAR 

CƏMİYYƏT

30 Iyul 2025 | 14:33

Azərbaycanda istilik qiymətləri ilə bağlı YENİ QƏRAR 

Tarif (Qiymət) Şurası “Azəristiliktəchizat” ASC-nin göstərdiyi xidmətin tarifinin tənzimlənməsi barədə” 29 dekabr 2024-cü il tarixli qərarında dəyişiklik edib. 

Bakıvaxtı.az xəbər verir ki, qərarı Şuranın sədri Mikayıl Cabbarov imzalayıb. 

“Azəristiliktəchizat” ASC-nin müraciəti nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:

1. “Azəristiliktəchizat” ASC tərəfindən göstərilən xidmətin tarifinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2024-cü il 29 dekabr tarixli 17 nömrəli Qərarının birinci hissəsində “14,60” rəqəmləri “21,00” rəqəmləri ilə, “0,30” rəqəmləri “0,45” rəqəmləri ilə əvəz edilsin.

2. Bu Qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 sentyabr tarixli 303 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə qaydaları”nda nəzərdə tutulmuş “İstilik və isti su təchizatı xidmətlərinə dair müqavilə”yə (əhali qrupuna aid olan istehlakçılar) əlavə ilə müəyyən edilmiş dağ rayonlarında 2025-ci il 1 noyabr, digər ərazilərdə isə 2025-ci il 15 noyabr tarixindən tətbiq edilsin. 


SON XƏBƏRLƏR

30 Iyul 2025