• Bakı C

    11.24 m/s

  • USD - 1.7

    EUR - 2.008

    RUB - 2.2155

Azərbaycanda "kağızsız hökumət"ə keçid 2028-ci ilin iyul ayında başa çatacaq

CƏMİYYƏT

27 Fevral 2026 | 14:22

Azərbaycanda kağızsız hökumətə keçid 2028-ci ilin iyul ayında başa çatacaq

Azərbaycanda dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin tam rəqəmsallaşdırılması və "kağızsız hökumət"ə keçid 2028-ci ilin iyul ayında başa çatdırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nda öz əksini tapıb.

Sənədə əsasən, dövlət qurumlarının daxili biznes proseslərinin azı 80 %-nin (maliyyə, insan resursları, satınalma) təhlili, müəssisə

resurslarının planlaşdırılması (MRP) və rəqəmsal iş axını üçün vahid texniki meyarların təsdiq edilməsi planlaşdırılır.

Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin ediləcək.


SON XƏBƏRLƏR