• Bakı 27° C

    6.11 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.1697

Azərbaycanda KOB-ların üzləşdiyi problemlər açıqlandı

İQTİSADİYYAT

02 Iyul 2026 | 12:09

Azərbaycanda KOB-ların üzləşdiyi problemlər açıqlandı

Son illərdə əhəmiyyətli irəliləyişlər əldə olunsa da, KOB-larımız hələ də bir sıra mühüm çətinliklərlə üzləşirlər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı və Biznes Forumda çıxışı zamanı deyib.

O qeyd edib ki, ilk və əsas problem maliyyəyə çıxışdır:

“Son illərdə maliyyə imkanları genişlənsə də, xüsusilə mikro və kiçik sahibkarlıq subyektləri münasib şərtlərlə və uzunmüddətli maliyyə resurslarına çıxış əldə etməkdə, eləcə də yüksək girov tələblərini qarşılamaqda çətinlik çəkirlər.

İkinci mühüm çağırış məhsuldarlığın artırılması və innovasiyaların tətbiqidir. Bir çox KOB-un müasir texnologiyalara, innovativ həllərə, rəqəmsal texnologiyalara və qabaqcıl istehsal üsullarına daha geniş çıxışa ehtiyacı var. Böyük şirkətlərlə müqayisədə KOB-ların bu transformasiyanı həyata keçirməsi daha çətin olur.

Üçüncü problem insan kapitalı ilə bağlıdır. Bu gün bizneslər, xüsusilə rəqəmsal texnologiyalar, istehsal və ixracın inkişafı kimi sahələrdə ixtisaslı kadrlara daha çox ehtiyac duyurlar. Təhsil sistemi ilə özəl sektorun tələbatı arasında əlaqələrin gücləndirilməsi KOB-ların inkişafı baxımından olduqca vacibdir”.

O.Məmmədov əlavə edib ki, digər mühüm məsələ isə ixraca hazırlıq səviyyəsidir:

“Azərbaycan məhsulları xarici bazarlarda böyük potensiala malikdir. Bununla belə, bir çox KOB beynəlxalq standartlara uyğunlaşmaq, sertifikatlar əldə etmək, daha güclü brendlər formalaşdırmaq, qablaşdırmanı təkmilləşdirmək və yeni bazarlara çıxmaq üçün əlavə dəstəyə ehtiyac duyur.

Hazırda ən aktual mövzulardan biri də rəqəmsal transformasiya və yaşıl keçiddir. KOB-lar rəqabət qabiliyyətini qorumaq və qlobal bazarlarda daha uğurlu olmaq üçün rəqəmsal texnologiyaları tətbiq etməli, enerji səmərəliliyini artırmalı və dayanıqlı biznes təcrübələrini mənimsəməlidirlər”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Iyul 2026