2025-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 1 milyard 635 milyon manat təşkil edib.
Bakıvaxtı.az xəbər verir ki, bu göstəricinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 31.3% və ya 390 milyon manat artıb.
Qeyd edək ki, hesabat dövründə kredit kartları ilə aparılan əməliyyatların 1 milyard manatı elektron ticarət vasitəsi ilə, 350 milyon manatı POS-terminallar vasitəsi ilə, 236 milyon manatı bankomatlar vasitəsi ilə, 49 milyon manatı isə ölkə xarici əməliyyatlar vasitəsi ilə həyata keçirilib.
Xatırladaq ki, 2025-ci il mart ayının 1-nə ölkədə kredit kartlarının sayı 2 milyon 264 min təşkil edib.