• Bakı 13° C

    3.28 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Azərbaycanda kreditlərlə bağlı YENİLİK

İQTİSADİYYAT

23 Oktyabr 2024 | 16:06

Azərbaycanda kreditlərlə bağlı YENİLİK

"Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə məsafədən kreditləşmənin tənzimlənməsini planlaşdırır".

Bakıvaxtı.az xəbər verir ki, bunu qurumun Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin şöbə rəisi Xəyyam İsmayılov Bakıda keçirilən "Dayanıqlı mikromaliyyə üçün innovativ həllər" mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında bildirib.

"Bu istiqamətdə beynəlxalq təcrübə araşdırılır və yerli prioritetlər nəzərə alınmaqla məsafədən kreditləşmənin ümumi şərtləri müəyyən ediləcək. Əsas məqsəd istehlakçıların hüquqlarının qorunması və onların izafi borclanmasının qarşısının alınmasıdır", - deyə o qeyd edib.Report


SON XƏBƏRLƏR