• Bakı 9° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 4-ü uşaq olmaqla 9 nəfər... - YENİLƏNİB

HADİSƏ

09 Iyun 2022 | 09:55 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 4-ü uşaq olmaqla 9 nəfər... - YENİLƏNİB

Şəmkirdə dönərdən zəhərlənənlərin adları məlum olub.

Bakıvaxtı.az-ın məlumatına görə, həmin şəxslər aşağıdakılardır:

2013-cü il təvəllüdlü Əlizadə Tamella Orxan qızı

2015-ci il təvəllüdlü Əlizadə Zəhra Orxan qızı 

2011-ci il təvəllüdlü Əliyeva Nəzrin Natiq qızı

2018-ci il təvəllüdlü İlyasova Nərminə Vüsal qızı

2020-ci il təvəllüdlü İlyasova Nihan Vüsal qızı

1993-cü il təvəllüdlü Rzayev Cəfər Elman oğlu

1999-cu il təvəllüdlü  Hüseynov Təbriz Elbəyi oğlu 

Qafarov Nurlan Mədət oğlu

Vəliyev Qəzənfər Baba oğlu.

*** 08:45

Şəmkirdə kütləvi zəhərlənmə qeydə alınıb.

Bakıvaxtı.az-ın apa-ya istinadla məlumatına görə, hadisə rayonun 5-ci küçəsində yerləşən “Mahmud” dönər satışı məntəqəsində qeydə alınlb. Belə ki, 2-si uşaq olmaqla 10-a yaxın şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, dərhal onlara yadım göstərilib.

Vəziyyətlərinin kafi olduğu bildirilir.

Zəhərlənən şəxslərin sözlərinə görə, onlar dönər yedikdən sonra özlərini pis hiss ediblər.

Hazırda fakt araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026