• Bakı 18° C

    1.02 m/s

Azərbaycanda narkomanların SAYI AÇIQLANDI

CƏMİYYƏT

03 May 2024 | 13:32 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanda narkomanların SAYI AÇIQLANDI

Bu ilin yanvarına olan məlumata görə, Azərbaycanda 36659 narkotikdən əziyyət çəkən şəxs dispanser nəzarətindədir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbəri Fəqan Şahverdiyev Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda Forum çərçivəsində “Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə” mövzusunda panel müzakirələri zaman deyib.

Onun sözlərinə görə, 2023-cü ildə 405 nəfər müalicə üçün tibb müəssisəsinə yerləşdirilib.

F.Şahverdiyrv bildirib ki, həmin şəxslərin 8458 nəfəri bir neçə növ narkotik vasitə istifadəçisidir:

"36659 nəfər narkotik istifadəçisinin 802 nəfərini qadınlar təşkil edir".

Ş.Şahverdiyev narkotik vasitələrdən əziyyət çəkən insanların ictimailəşdirilməsinin, onların icazəsi olmadan üzlərinin göstərilməsinin doğru olmadığını da əlavə edib.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR