• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycanda polkovnik vəfat etdi - FOTO

CƏMİYYƏT

12 Iyul 2026 | 21:38 | Müəllif: Aynur Babazadə

Azərbaycanda polkovnik vəfat etdi - FOTO

Azərbaycanda polkovnik vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan ordusunun ehtiyatda olan zabiti, polkovnik Quliyev Lətif Allahqulu oğlu dünyasını dəyişib.

Lətif Quliyev 1948-ci il sentyabrın 10-da Zəngilan rayonunun Kolluqışlaq kəndində anadan olub. Keçmiş Azərbaycan Sənaye İnstitutunu bitirib, daha sonra Timoşenko adına Kimya Mühafizəsi Ali Hərbi Məktəbində təhsil alaraq polkovnik hərbi rütbəsinə yüksəlib. 1973-1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində, 1992-2005-ci illərdə isə Azərbaycan ordusunda xidmət edib. /Musavat.com 


Azərbaycanda polkovnik vəfat etdi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026