• Bakı 16° C

    11.19 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.129

Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

İQTİSADİYYAT

14 May 2025 | 09:36

Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 38 milyon manat olub.

Bakıvaxtı.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,6 % çoxdur.

O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,3 % artaraq 1 milyard 357,2 milyon manat təşkil edib.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 12,1 % artaraq 72,2 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13,1 % artaraq 55,2 milyon manata çatıb.

Bundan başqa, il ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 11,8 % artaraq 355,7 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 11,5 % artaraq 251,1 milyon manat olub.


SON XƏBƏRLƏR