q
  • Bakı 11° C

    8.24 m/s

  • USD - 1.7

    EUR - 1.9935

    RUB - 2.2576

Azərbaycanda tanınmış məhkəmə hakimi VƏFAT ETDİ  - FOTO

CƏMİYYƏT

14 Avqust 2024 | 12:02

Azərbaycanda tanınmış məhkəmə hakimi VƏFAT ETDİ  - FOTO

Azərbaycanda tanınmış hakim vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, Məhkəmə Hüquq Şurasının keçmiş üzvü Mansur İbayev uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, M.İbayev 1964-cü ildən məhkəmə orqanlarında işləməyə başlayıb.

Qubadlı, Ağdaş, Göyçay rayonlarında məhkəmə sədri, 1976-cı ildən 2000-ci ilə qədər Ali Məhkəmənin üzvü, 2000-ci ildən 2012-ci ilə kimi Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hakimi, eyni zamanda Məhkəmə Hüquq Şurasının və Mərkəzi Seçki Komissiyasının üzvü vəzifələrində işləyib.

2006-cı ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.

O, bir sıra səs-küylü cinayətlərlə bağlı məhkəmə proseslərinə hakimlik edib.


SON XƏBƏRLƏR