• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlandı 

CƏMİYYƏT

10 Sentyabr 2026 | 09:24 | Müəllif: Günəş Mərd

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlandı

Azərbaycan ali təhsil müəssisələrində 2025–2026-cı tədris ilində dünyanın 120-yə yaxın ölkəsindən əcnəbi tələbə təhsil alıb.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycanı təhsil üçün seçən tələbələrin coğrafiyası Asiya və Afrika ilə məhdudlaşmayıb. Türkiyə, Çin, Hindistan, Nigeriya, Pakistan, Somali, Uqanda və Ruanda ilə yanaşı, Böyük Britaniya, Almaniya, Niderland, Bolqarıstan, Latviya və Litva kimi Avropa ölkələrindən, həmçinin ABŞ, Kanada, Meksika və Kolumbiyadan olan gənclər də Azərbaycan universitetlərində təhsil alıblar.

Cari tədris ili üçün də dünyanın müxtəlif regionlarından olan tələbələr Azərbaycan ali təhsil müəssisələrinə qəbul olunur və ölkəyəə gəlirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026