• Bakı C

    6.27 m/s

  • USD - 1.7

    EUR - 1.974

    RUB - 2.1677

Azərbaycanda unun son topdansatış QİYMƏTLƏRİ

CƏMİYYƏT

11 Mart 2026 | 12:19

Azərbaycanda unun son topdansatış QİYMƏTLƏRİ

Azərbaycanda 10 mart tarixindən etibarən unun son topdansatış qiymətləri məlum olub.

Bakıvaxtı.az-ın məlumatına görə, ölkədə 50 kq-lıq unun son topdansatış qiymətləri 26,1-28,6 manat arasında dəyişir.

Belə ki, ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü “Dəvəçi-Taxıl" MMC (26 manat 10 qəpik), ən bahalısı isə "Azeri-Arapoğlu U.S.və T.LTD" BM-dir (28 manat 60 qəpik).

Beləliklə, unun topdansatış qiymətləri üzrə aşağı və yuxarı həddi bundan əvvəlki göstərici ilə eyni səviyyədə qalıb.

Bu ilin 10 mart tarixindən Azərbaycanda istehsalçılar tərəfindən unun son topdansatış qiyməti aşağıdakı kimi müəyyənləşib:

“ATS MİLL" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 28 manat

"Anadoluqida", "AVETA", "KARAT HOLDİNQ", "Orxan UN" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,80 manat;

"Azeri-Arapoğlu U.S.və T.LTD" BM-ə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 28,60 manat;

"Bakı Taxıl Terminalı", "Dəniz un sənayesi LTD", "Karmen", "Taxıl AQRO", “Xırman", “SKY AGRO”, "Sünbül 2012", Ağsu Taxıl”, “Avrora" MMC-lər, eləcə də "Nadir Quliyev adına Bakı-Taxıl" ASC, "PAK-NUR" FİRMASI, "Səma" fərdi firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,70 manat;

"Dəvəçi-Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26,50 manat;

"Dəvəçi-Taxıl" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26,10 manat;

"Gəncə Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 28 manat;

"Nural" və "Osmanlı Taxıl" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 28,30 manat;

"Hazartürk LTD" və “SKY AGRO” MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,50 manat;

"Qarabağ un" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,40 manat.

"Avrora" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,60 manat.

"Sarı Sünbül" və "Ungrano" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,90 manat.


SON XƏBƏRLƏR

10 Mart 2026