• Bakı 20° C

    8.82 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Azərbaycanda uşaqlar hansı cinayətlərə görə məhkum edilir?

CƏMİYYƏT

09 Sentyabr 2024 | 15:10

Azərbaycanda uşaqlar hansı cinayətlərə görə məhkum edilir?

Azərbaycanda ötən il 494 nəfər 14-17 yaşında olan uşaq cinayət törədib.

Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, onlardan 310 nəfəri məhkum olunub.

Cinayət törədən uşaqların sayında artım qeydə alınıb. Belə ki, 2020-ci ildə 388 uşaq, 2022-ci ildə isə 433 uşaq cinayət törədib.

Ötən il cinayət törədən şəxslərin 2 faizini 14-17 yaşlı uşaqlar təşkil edib. 

Uşaqlar əsasən qəsdən sağlamlığa ağır zərər vurma, soyğunçuluq, qəsdən adam öldürmə və adam öldürməyə cəhd, oğurluq, zorlama və zorlamaya cəhdə görə məhkum edilib.


SON XƏBƏRLƏR

31 May 2025