• Bakı 10° C

    5.03 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Azərbaycanda yayılan virus nədir?

CƏMİYYƏT

04 Noyabr 2024 | 21:33

Azərbaycanda yayılan virus nədir?

Son zamanlarda insanlar arasında yayılan virus təkcə qrip deyil. Çünki havaların soyuması özü ilə bərabər müxtəlif növ virusların yayılmasına da səbəb olur. 

Bəs yeni yayılan virus nədir? Bundan necə qorunmaq olar?

Bakıvaxtı.az xəbər verir ki, infeksionist Təyyar Eyvazov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, ilboyu müxtəlif infeksion xəstəliklərə rast gəlinir. 

Onun sözlərinə görə, hazırda  əhali arasında arabir hərarətin yüksəlməsi, ümumi zəiflik, baş və əzələ ağrıları, yuxarı tənəffüs yollarının zədələnməsi əlamətləri olan öskürək, boğaz ağrısı, burun axması və ya  tutulması kimi, bəzən isə ürəkbulanma, qusma, qarın işləməsi kimi hallar müşahidə edilir: 

"Bunlara səbəb əsasən müxtəlif virus infeksiyalarıdır. Kəskin respirator virus infeksiyalarından adenoviruslar təkcə tənəffüs yollarını deyil, mədə-bağırsaq sistemini də zədələyə bilir, eyni zamanda hər iki sistemin zədələnmə əlamətləri ilə müşayiət olunan  rotavirus, hava-damcı və  təmas ilə daha çox yayılan enterovirusları da yaddan çıxarmaq olmaz. Bu infeksiyalar əsasən yüngül, əksər hallarda fəsadsız keçir, qısa müddətdə  sağalır".

İnfeksionist bildirib ki, bu hallardan özümüzü qorumaq üçün xəstəlik əlamətləri olan şəxslərlə yaxın təmasdan çəkinməli və əl gigiyenası qaydalarına əməl etməliyik: 

"Qripə qarşı həssas əhali qruplarının vaksinasiyası tövsiyə olunur".


SON XƏBƏRLƏR

26 Dekabr 2024