• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycanda Xalq artistinə yüksək vəzifə verildi - YENİLƏNİB

CƏMİYYƏT

07 Aprel 2023 | 12:43

Azərbaycanda Xalq artistinə yüksək vəzifə verildi - YENİLƏNİB

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına yeni direktor təyin olunub.

Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, teatrın direktoru vəzifəsinə Yusif Eyvazov gətirilib.

Bununla bağlı mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimli müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Y.Eyvazov opera müğənnisi, dramatik tenor, Azərbaycan Respublikasının Xalq artistidir.

O, 1996-cı ildə Bakı Musiqi Akademiyasına daxil olub, 2003-2007-ci illərdə təhsilini İtaliyanın məşhur “Istituto Musicale Pareggiato Achille Peri” institutunda vokal ixtisası üzrə davam etdirib, Franko Korelli, Luçano Pavarotti, Maqda Oliveri, Plaçido Dominqo kimi opera korifeylərindən ustad dərsləri alıb. Y.Eyvazov Kapriolo, Montanyana və Milan vokal müsabiqələrinin finalçısı və qalibi olub. Milanın La Skala Operası, Vyana Dövlət Operası, Berlin Dövlət Operası, Nyu-York Metropoliten-Opera, Rusiya Dövlət Akademik Böyük Teatrı (Bolşoy Teatr), Sankt-Peterburqun Mariinski Teatrı kimi məşhur səhnələrdə çıxış edib.

 

11:34

Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru vəzifəsinə müvəqqəti təyinat olub.

Bakıvaxtı.az xəbər verir ki, direktor vəzifəsinin icrası müvəqqəti olaraq müavin Arzu Rzayevə tapşırılıb.

Qeyd edək ki, Teatrın direktoru Akif Məlikovun əmək müqaviləsinə yaşla əlaqədar bir neçə gün əvvəl xitam verilib.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026