• Bakı 23° C

    3.75 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Azərbaycandan keçməklə Ermənistana buğda göndərilib

CƏMİYYƏT

28 Iyun 2026 | 11:17

Azərbaycandan keçməklə Ermənistana buğda göndərilib

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC məlumat yayıb.

11 vaqondan ibarət, çəkisi 770 ton olan buğda Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 34 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit yola salınıb.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Iyun 2026