• Bakı 25° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Azərbaycandan Pezeşkianın andiçməsinə Əli Əsədov gedir

SİYASƏT

29 Iyul 2024 | 09:26

Azərbaycandan Pezeşkianın andiçməsinə Əli Əsədov gedir

İranın yeni prezidenti Məsud Pezeşkian dünən - bazar günü Prezident Adiminstrasiyasına gələk rəsmən səlahiyyətlərinin icrasına başlayıb.

Bakıvaxtı.az İran KİV-nə istinadən xəbər verir ki, Pezeşkianın Prezident Adiminstrasiyasının binasına daxil olarkən Qurani-Kərimin altından keçməsi diqqət çəkib.

O, Qurani-Kərimdən ayə oxuyaraq prezident kürsüsündə əyləşib.

Məsud Pezeşkianın andiçmə mərasimi sabah - iyulun 30-da İslam Şurası Məclisində (parlament) keçiriləcək.

İran parlamenti İcraiyyə Şurasının sözçüsü Əlirza Səlimi deyib ki, yeni prezident  iyulun 30-da günortadan sonra and içəcək.

Andiçmə mərasiminə 70-dək xarici nümayəndə heyəti də qatılacaq.

Azərbaycanı Pezeşkianın andiçmə mərasimində baş nazir Əli Əsədovun təmsil edəcəyi gözlənilir.Modern.az


SON XƏBƏRLƏR

07 Sentyabr 2024