• Bakı 10° C

    5.58 m/s

  • USD - 1.7

    EUR - 1.9335

    RUB - 2.0591

Azərbaycandan Qazaxıstana pul köçürmələri artıb

İQTİSADİYYAT

23 Mart 2025 | 12:26

Azərbaycandan Qazaxıstana pul köçürmələri artıb

Ötən il Azərbaycandan Qazaxıstana fiziki şəxslərin pul köçürmələrinin həcmi 8,580 milyon ABŞ dolları təşkil edib.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,104 milyon ABŞ dolları və ya 14,8% artıb.

Hesabat ilində ölkənin ümumi pul köçürmələrində Qazaxıstanın payı 1,6% təşkil edib.

Həmçinin ötən il Qazaxıstandan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 23,070 milyon ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 7,513 milyon ABŞ dolları və ya 24,6% azalma deməkdir.

2023-cü ildə Azərbaycandan Qazaxıstana fiziki şəxslərin pul köçürmələrinin həcmi 7,476 milyon ABŞ dolları, əks istiqamətdə isə 30,583 milyon ABŞ dolları təşkil etmişdi.

Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,759 milyon ABŞ dolları təşkil edib. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 23,367 milyon ABŞ dolları və ya 4,2% azdır.

Eyni zamanda hesabat ilində xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,082 milyard ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 571,942 milyon ABŞ dolları və ya 34,6% azdır.


SON XƏBƏRLƏR

28 Aprel 2025