• Bakı C

    9.73 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

Azərbaycandan Suriyaya 200 tona yaxın humanitar yardım göndərilib - YENİLƏNİB

SİYASƏT

30 Dekabr 2024 | 15:32

Azərbaycandan Suriyaya 200 tona yaxın humanitar yardım göndərilib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidentinin müvafiq tapşırığına əsasən, Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək məqsədilə, 30 dekabr tarixində ölkəmiz tərəfindən müxtəlif qida və ərzaq məhsullarından ibarət humanitar yardım karvanı 10 ədəd yük avtomobili vasitəsilə Bakı şəhərindən yola salınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

    Ümumi çəkisi 200 tona yaxın olan humanitar yardımın Gürcüstan və Türkiyə əraziləri üzərindən daşınmaqla, Türkiyə-Suriya sərhədindəki “Çobanbey” keçid məntəqəsinə çatdırılması planlaşdırılır. 

    Sözügedən yardımın Suriya Ərəb Respublikasının İdlib şəhərində Türkiyənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə olunması Başqanlığının (AFAD) dəstəyi ilə ünvanı üzrə paylanması nəzərdə tutulur.

    Yardım karvanının yola salınması mərasimində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndələri iştirak edib.

    ***
    10:37

    Azərbaycana Prezidentinin göstərişinə əsasən, Suriyada humanitar böhrandan əziyyət çəkən əhaliyə yardım məqsədilə müvafiq yardım göndərilir.

    Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə barədə jurnalistlərə açıqlamasında bildirib.

    XİN sözcüsü qeyd edib ki, 10 yük avtomobildən ibarət kanvoydü ümumilikdə 200 tona yaxın ərzaq və qida məhsullarını əhatə edir:
    "Kanvoy Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Suriyaya və oradan da İdlib şəhərinə çatrılacaq. Yardımın Türkiyənin AFAD təşkilatı vasitəsilə Suriyada ehtiyacı olan əhaliyə ayrılması nəzərdə tutulub".


    SON XƏBƏRLƏR

    01 Yanvar 2025