• Bakı 25° C

    3.09 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.182

Azərbaycandan Xorvatiyaya ixrac olunan neftin həcmi məlum oldu

İQTİSADİYYAT

03 Iyul 2026 | 18:43

Azərbaycandan Xorvatiyaya ixrac olunan neftin həcmi məlum oldu

Cari ilin yanvar-may aylarında Azərbaycandan Xorvatiyaya 162,7 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 276,3 min ton neft və neft məhsulları ixrac olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi tərəfindən dərc olunmuş "Azərbaycanın xarici siyasətinin gömrük statistikası"nda qeyd olunub.

Komitənin məlumatlarına əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 246,2 milyon ABŞ dolları və ya 60,2 faiz, həcm baxımından isə 468,4 min ton və ya 62,9 faiz azdır.

Qeyd olunur ki, ötən ilin yanvar-may aylarında Azərbaycandan Xorvatiyaya 408,9 milyon ABŞ dolları həcmində bitumlu süxurlardan əldə edilmiş 744,7 min ton neft və neft məhsulları ixrac olunub

Qeyd edək ki, cari ilin yanvar-may aylarında Azərbaycandan dünyanın digər ölkələrinə ümumilikdə 5,121 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan alınmış 8,828 milyon ton xam neft və neft məhsulları ixrac olunub.

2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 522 milyon ABŞ dolları və ya 9,2 faiz, fiziki həcm baxımından isə 1,535 milyon ton və ya 14,8 faiz azalıb.

Cari ilin yanvar-may aylarında Azərbaycan neftinin əsas idxalçıları sırasında ilk üçlükdə İtaliya (5,339 milyon ton, 3,021 milyard ABŞ dolları) qərarlaşıb. Sonrakı yerlərdə Rumıniya (461,3 min ton, 247,8 milyon ABŞ dolları) və Çexiya (433,1 min ton, 245,7 milyon ABŞ dollarından çox) yer alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR