Azərbaycan diktoru, Əməkdar artist Züleyxa Hacıyeva dünyasını dəyişib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Televiziyasının rəhbəri Rövşən Məmmədov məlumat yayıb.
103 yaşlı diktor 23 avqust 1923-cü ildə Bakıda dünyaya gəlib.
Züleyxa Hacıyeva 1942-1992-ci illərdə Azərbaycan radiosunda bir çox verilişlərin – “Poeziya dəqiqələri”, “Axşamınız xeyir” və s. aparıcısı olub.
Həmçinin o, XX əsrdə Azərbaycanın 10 ən görkəmli idmançılarından biri kimi tanınır. Z. Hacıyeva idman sahəsində xidmətlərinə görə SSRİ idman ustası, Gimnastika üzrə 7 dəfə Azərbaycan çempionu adına layiq görülüb.





