"Qərbin regionda stabilliyi pozmaq istəyən separatçı, təxribatçı Ruben Vardanyanı ifşa etməsi, onu stabilliyi pozan element sayması göstərir ki, həqiqətən də, Qərb regionda stabillik axtarır və bunun üçün çalışır".
Bunu Bakıvaxtı.az-a politoloq Azər Qasımov deyib.
Onun sözlərinə görə, Qarabağ separatçılarının Rusiya tərəfindən silahlandırılması yeni fakt olmasa da, budəfəki fakt əsl təxribat xəbəridir: "Nüfuzlu Avropa nəşrinin belə mühüm bir faktı ifşa etməsi isə Rusiyanın ikiüzlü siyasətinin ifşası baxımından atılan addımdır. Rusiyanın artıq dünya düzəni üçün təhlükə olduğu hər addımda vurğulanır və sübut olunur”.
Politoloq qeyd edib ki, Azərbaycanın Rusiyanın bu hərəkətinə diplomatik kanallarla etiraz etməsi mütləqdir. Bu addım Rusiyanın iç üzünü açmaqda kömək olacaq: “Qarabağ separatçılarının Rusiya ilə birlikdə qeyri-stabillik yaratması faktdır. Rusiyanı başa düşürük, məqsədi bəllidir. Bəs, bu debil bir ovuc erməni nəyə ümid edir? Separatçıların hərəkətləri Azərbaycanın anti-terror əməliyyatı keçirməsi üçün münbit şəraiti yaxınlaşdırır. Əmin olun ki, o zaman ruslar yenə də çəkilib kənardan baxmaqla kifayətlənəcək. Məhv edilən isə separatçı ünsürlər və qanunsuz erməni silahlıları olacaq".
Qeyd edək ki, Avropanın nüfuzlu nəşrlərindən olan “Eureporter” Qarabağdakı separatçı dəstənin sabiq “dövlət naziri” Ruben Vardanyanı Qərb üçün təhlükə adlandırıb. Nəşr qeyd edib ki, Putinin “yaxın adamı” sayılan Vardanyan Qarabağ separatçı dəstəsinin “dövlət naziri” vəzifəsindən uzaqlaşdırılsa da, hələ də Cənubi Qafqazda qeyri-sabitlik mənbəyi yaratmaqla məşğuldur.
Nəşr Qarabağdakı separatçılardan da söz açıb. Separatçıların Rusiya tərəfindən davamlı silahlandırıldığını bildirib.
Aydın Baxış





jpg-1689928155.webp)










