• Bakı 25° C

    8.02 m/s

  • USD - 1.7

    EUR - 1.986

    RUB - 2.0505

Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi 44 %-ə yaxın artıb

İQTİSADİYYAT

25 Avqust 2026 | 17:43

Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi 44 %-ə yaxın artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 668 milyon 531 min ABŞ dolları təşkil edib.

Bakıvaxtı.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 203 milyon 694 min ABŞ dolları (43,8 %) çoxdur.

Son 1 ildə Azərbaycanın Gürcüstana ixracının dəyəri 50,8 % artaraq 576 milyon 713 min ABŞ dolları, idxalının dəyəri isə 11,5 % artaraq 91 milyon 818 min ABŞ dolları olub.

Hesabat dövründə Gürcüstan ilə ticarət ümumi dövriyyənin 2,2 %-i qədər olub. O cümlədən, ixrac ümumi ixracın 2,9 %-ni, Gürcüstandan idxal isə ümumi idxalın 0,9 %-ni təşkil edib.

7 ayda Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,3 % çoxdur. Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 27,4 % azalıb. Son nəticədə xarici ticarətdə 9 milyard 455 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR