• Bakı 20° C

    4.24 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin həcmi azalıb

İQTİSADİYYAT

22 Iyun 2024 | 14:23

Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin həcmi azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycanla İtaliya arasında ticarət əməliyyatlarının həcmi 4 milyard 409 milyon 619 min ABŞ dolları təşkil edib.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42% azdır.

Hesabat dövründə İtaliya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 23,91%-i həcmində olub.

Beş ayda Azərbaycan İtaliyaya 4 milyard 228 milyon 930 min ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da illik müqayisədə 43% azdır. Bu dövrdə Azərbaycanın ümumi məhsul ixracının 37,97%-i İtaliyanın payına düşüb.

Yanvar-may aylarında Azərbaycan İtaliyadan məhsul idxalını illik müqayisədə 1,3% artıraraq 180 milyon 689 min ABŞ dollarına çatdırıb. Dövr ərzində İtaliya ilə idxal əməliyyatları ölkənin ümumi idxalının 2,47%-ni təşkil edib.


SON XƏBƏRLƏR