Azərbaycan əraziləri işğal altında olduğu dövrdə oraya səfər etməklə "qara siyahı"ya daxil edilən şəxslərin sayı hazırda iki min nəfərdən çoxdur.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabat zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
"İşğal dövründə Azərbaycan ərazilərinə Rəsmi Bakının icazəsi olmadan gəlib gedən şəxslər ölkəmizin Qara Siyahısına daxil etmişdi. Kimlər ki bu məsələ ilə bağlı rəsmi müraciət edərək üzrxahlıq ediblər, onlar siyahıdan çıxarılıblar və bu gün Azərbaycan ərazisinə səfər edə bilərlər. Kimlər üzrxahlıq etməyibsə, onlar hələ də Qara Siyahıdadırlar. Ümumilikdə, hazırda bu siyahıda 2 min nəfərdən çox şəxs var və bu 30 il ərzində qeydə alınıb", - o qeyd edib.
Bakı 




