• Bakı 12° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Azərbaycanın səfirlikləri üçün TƏLƏB

SİYASƏT

03 Aprel 2026 | 17:26

Azərbaycanın səfirlikləri üçün TƏLƏB

Azərbaycanın səfirlikləri yerləşdiyi ölkənin razılığı əsasında başqa inzibati ərazidə öz bölmələrini yarada biləcəklər.

Bakıvaxtı.az xəbər verir ki, bu, "Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"də əksini tapıb.

Belə ki, səfirliyin vəzifələrinin icrasının yerləşdiyi şəhərdən kənarda qəbul edən dövlətin digər inzibati ərazi vahidində icra etmək zərurəti yarandıqda, qəbul edən dövlətin razılığı ilə müvafiq inzibati ərazi vahidində səfirliyin bölməsi, yaxud səfir, eyni zamanda, üçüncü dövlətdə və ya bölməsi üçüncü dövlətdə yerləşən beynəlxalq təşkilatda Azərbaycanı təmsil etdikdə, onun səlahiyyətlərinin həyata keçirilməsi üçün üçüncü dövlətin və ya beynəlxalq təşkilatın razılığı ilə həmin dövlətdə və ya beynəlxalq təşkilatda Azərbaycan Respublikasını təmsil edən bölmə yaradıla biləcək.


SON XƏBƏRLƏR