• Bakı 20° C

    9.88 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Azərbaycanın tanınmış alpinisti infarkt keçirdi - FOTO

CƏMİYYƏT

27 Iyun 2026 | 23:36

Azərbaycanın tanınmış alpinisti infarkt keçirdi - FOTO

Azərbaycanın tanınmış alpinisti və dağ bələdçisi Sirxan Məmmədov infarkt keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə tanınmış fotoqraf Aleksey Lyokin sosial şəbəkədə paylaşım edib.

O, alpinistin səhhətində problem yarandığını yazıb: “Həkimlər ona uğurla üç stent yerləşdiriblər və hazırda səhhəti tədricən yaxşılaşır. Ona tezliklə tam sağalma, möhkəm can sağlığı və yenidən sevdiyi zirvələrə qayıtmağı arzulayırıq!”, - deyə Lyokin paylaşımında bildirib.

Qeyd edək ki, dağçılıq fəaliyyətinə 2001-ci ildə Şahdağ zirvəsinə (4243 m) çıxaraq başlayan tanınmış alpinist elə həmin ilin 10 mayında Heydər zirvəsini (3751 m) də fəth edib.

Karyerası ərzində dünyanın ən təhlükəli və yüksək nöqtələrinə yürüş edən S. Məmmədov 2010 və 2013-cü illərin iyul-avqust aylarında Xan-Tenqri (7010 m), 2011-ci ildə İbn Sina (Lenin) (7130 m), 2012-ci ildə İsmayıl Somoni (Kommunizm) (7495 m) və elə həmin ilin iyul-avqust aylarında Korjenev (7135 m) zirvələrinə qalxmağı bacarıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Iyun 2026